My analyzes...^_^ (Part 2) [40 Movies]
Fikirlərim və analizlərim
1. To Kill a Mockingbird (1962)
2. Shrew's Nest (2014) [Musarañas]
3. Facing Windows (2003) [La Finestra di Fronte]
4. Eraserhead (1977)
5. Buda as sharm foru rikht (2007)
6. Winter Sleep (2014) [Kış Uykusu]
7. The Imitation Game (2014)
8. The Danish Girl (2015)
9. Inside Job (2010)
10. I Origins (2014)
11. Awakenings (1990)
12. The Broken Circle Breakdown (2012)
13. Mississippi Burning (1988)
14. The Exorcism of Emily Rose (2005)
15. 2:37 (2006)
16. Ekskursante (2013)
17. Home (2009)
18. Black Swan (2010)
19. Turtles Can Fly (2004)
20. Aurore (2005)
21. The Magdalene Sisters (2002)
22. Sybil (1976)
23. Der Verdingbub (2011)
24. Pink Floyd The Wall (1982)
25. Paths of Glory (1957)
26. Witness for the Prosecution (1957)
27. Papillon (1973)
28. Bicycle Thieves (1948)
29. Rosso come il cielo (2006)
30. The Revenant (2015)
31. The Hateful Eight )2015)
32. The Celebration (1998) [Festen]
33. Mustang (2015)
34. God on trial (2008)
35. Cinema Paradiso (1988)
36. Sweeney Todd : Demon Barber of Fleet Street (2007)
37. Pan's Labyrinth (2006)
38. Edward Scissorhands (1990)
39. Son of Saul (2015)
40. Misery (1990)
1. To Kill a Mockingbird (1962)
2. Shrew's Nest (2014) [Musarañas]
3. Facing Windows (2003) [La Finestra di Fronte]
4. Eraserhead (1977)
5. Buda as sharm foru rikht (2007)
6. Winter Sleep (2014) [Kış Uykusu]
7. The Imitation Game (2014)
8. The Danish Girl (2015)
9. Inside Job (2010)
10. I Origins (2014)
11. Awakenings (1990)
12. The Broken Circle Breakdown (2012)
13. Mississippi Burning (1988)
14. The Exorcism of Emily Rose (2005)
15. 2:37 (2006)
16. Ekskursante (2013)
17. Home (2009)
18. Black Swan (2010)
19. Turtles Can Fly (2004)
20. Aurore (2005)
21. The Magdalene Sisters (2002)
22. Sybil (1976)
23. Der Verdingbub (2011)
24. Pink Floyd The Wall (1982)
25. Paths of Glory (1957)
26. Witness for the Prosecution (1957)
27. Papillon (1973)
28. Bicycle Thieves (1948)
29. Rosso come il cielo (2006)
30. The Revenant (2015)
31. The Hateful Eight )2015)
32. The Celebration (1998) [Festen]
33. Mustang (2015)
34. God on trial (2008)
35. Cinema Paradiso (1988)
36. Sweeney Todd : Demon Barber of Fleet Street (2007)
37. Pan's Labyrinth (2006)
38. Edward Scissorhands (1990)
39. Son of Saul (2015)
40. Misery (1990)
List activity
1.4K views
• 3 this weekCreate a new list
List your movie, TV & celebrity picks.
40 titles
- DirectorRobert MulliganStarsGregory PeckJohn MegnaFrank OvertonAtticus Finch, a widowed lawyer in Depression-era Alabama, defends a Black man against an undeserved rape charge, and tries to educate his young children against prejudice."İstədiyin qədər quş öldürə bilərsən. Amma çalış heç vaxt bülbülə toxunma. Zərərsiz olanları öldürmənin günah olduğunu yadından çıxarma..."
Harper Lee-nin yeganə amma məşhur kitabı olan "Убить пересмешника" (Bülbülü öldürmək) adlı romanı əsasında çəkilmiş bir filmdir. Sözün açığı romanı filmdən çox üstün idi. Roman American Library Association (Amerikan Kitabxanaçılar Birliyi) tərəfindən yüz ilin ən yaxşı kitabı seçilmişdir. Həmçinin kitab "Pulitser" mükafatı qazanmışdır. Mövzu olaraq o zaman ki, Amerikanın ən qlobal problemlərindən biri götürülsədə həmin mövzu "insanlıq" və "vicdan" anlayışı ilə gözəl əhatə olunub. Kathryn Stockett -un "Duyguların rengi" (The Help) adlı kitabı ilə eyni problemə toxunsada daha cəlb edicidir. Sadəcə filmin daha az tanınmasının səbəbi çəkildiyi ildir.
"İnsanların bir-birilərinə verdikləri əzaba...Kimilərinin heç düşünmədən nədən olduğu fəlakətlərə....Bəyazların qaralara yaşatdığı cəhənnəm həyatına... Onların da birər insan olduqlarını ağıllarına gətirməməklərinə..."
Kitabda daha ön planda olan Scout adlı qız filmdə biraz arxa planda qalıb. Scout çox kövrək, vicdanlı, insancıl bir qızdır. Bir çoxlarınızın xəyal etdiyi tipdəndir. O vaxtların Amerikasında irqçilik adı altında qara dərili insanlar haqsızlıqla öldürülə bilirdi. Əslində indiki dövr-dən heç bir fərqi yoxdur.
"Doğru budur. Bəzi qara dərili insanlar yalan danışar, bəziləri qadınlara qarşı hörmətsizdir, bəyaz qadın olsun, qara dərili qadın olsun, fərq etməz. Lakin bütün bunlar yalnız bir irq deyil, bütün insanlığı maraqlandıran günahlardır. Bu salonda həyatında yalan söyləməmiş, əxlaqsız bir davranış göstərməyən bir insan ola biləcəyini düşünmürəm."
Filmin rejissoru romandan çox çıxmamağa çalışıb. Kinoda haqqında Atticus -un bacısı haqqında danışılmayıb. Lakin bacısı Atticus kimi biri deyil. O, qara dərili insanlara önyargı ilə yanaşırdı və Calipurna (Atticus-un xidmətçəsi) ilə aralarında soyuqluq var idi.
Film 1962-ci il istehsalı olduğu üçün bir çoxunuz baxmaq istəməsədə romanını oxumağınızı hamıya məsləhət görürəm. Kitab həvəskarı deyilsənizsə 2010-cu ildə bu kitab və film haqqında çəkilmiş "Hey, Boo: Harper Lee and 'To Kill a Mockingbird" adlı sənədli filmə baxmağı tövsiyyə edirəm.
"12 Angry Men" filmində bütün önyargıları qırmağa çalışan tək jury kimi Atticus bütün qəsəbədə ki, bəyaz dərili insanların önyargısını qırmağa çalışacaq. Filmin mövzusu bəzi məlumatlara görə real hadisələrə əsaslanır. Beləki 1923-cü ildə Amasa Lee adlı (filmdəki və ya kitabdakı Atticus Finchs) advokat qara dərili bir günahsız insanı müdafiə edir. Amasa Lee Harper Lee-nin atasıdır. Bəli kitabdakı Scout elə Harper Lee-dir. Öz uşaqlıq xatirələri haqqında mükəmməl bir roman yazmışdır. Kitab uşaqların görüş və dili ilə anladılır. Scout (Harper Lee) öz atasını mükəmməl bir ata kimi təqdim etmişdir. Atticus həyat yoldaşını itirdikdən sonra uşaqlarının xoşbəxtliyi üçün yaşamağa başlamışdır. Qəsəbənin ən yaxşı atıcısı olsada heç vaxt əlini silaha vurmağı xoşalmır. Çünki şiddətə qarşı idi. Hətta oğluna oyuncaq silahın bilə pis bir şey olduğunu öyrətməyə çalışır. Filmdə mənə ən çox təsir edən səhnə qızın atası məhkəmə salonundan çıxarkən bütün qara dərili insanların ayağa qalxaraq ona hörmət etdiyini göstərdiyi səhnə idi...
1963-cü ildə 10 yaşındakı Mary Badham "ən yaxşı köməkçi aktrisa" nominasiyasında Oskara namizəd göstərilən ən cavan aktrisa statusunu qazanmışdır. Ən maraqlısı isə həmin il eyni nominasiyanı "The Miracle Worker" filmi ilə qazanan 16 yaşındakı Patty Duke "Oskar qazanan ən cavan aktrisa" tituluna sahib olmasıdır. - DirectorJuanfer AndrésEsteban RoelStarsMacarena GómezNadia de SantiagoHugo Silva1950s Madrid: The agoraphobic Montse raised her now 18 y.o. kid sister. The upstairs neighbor falls down the stairs and breaks a leg. The crazy Montse takes him in.Bəzi məntiq səhvləri (polisə zəng edə bilərdi, polis içəri girəndə axtarış etmədi ) olsada pis kino deyildi. Psixoloji-thriller kimi göstərilsədə psixoloji yönü zəif qalıb.
Montse atası tərəfindən təcavüzə uğrayıb və uşağı dünyaya gəlib. Lakin həmin qız Monstesenin onun bacısı olduğunu bilir. Bu sirr filmin sonunda açıqlanacaq. - DirectorFerzan ÖzpetekStarsGiovanna MezzogiornoMassimo GirottiRaoul BovaOverburdened and stuck in a greying marriage, Giovanna takes to caring for the Jewish Holocaust survivor her husband brings home. As she begins to reflect on her life, she turns to the man who lives across from her ..."Səndən sonra qırmızı artıq qırmızı deyil.
Səmanın mavisi o əvvəlki mavi deyil.
Ağaclar belə yaşıla bənzəmir.
Səndən sonra...Ağrı üçün belə darıxdım. Sevgimizi ürkək edən o ağrı.
Gözləməkdən, birdəfəlik tərk etməkdən də, şifrəli mesajlardan da peşmanam. Korlarla dolu bir dünyada görməmizi istəməyənlər baxışlarımızı bizdən aldı. Çünki bizi görsələrdi onların utancı olacaqdıq.
Məni bağışlama istəmə cəsarətim olmadığı üçün peşmanam. " - DirectorDavid LynchStarsJack NanceCharlotte StewartAllen JosephHenry Spencer tries to survive his industrial environment, his angry girlfriend, and the unbearable screams of his newly born mutant child." Hollywood ancaq ənənəvi filmlər ərsəyə gətirir. Hekayələri hərkəs başa düşür və hərkəsin anlaya bilmədiyi kiçik bir nöqtə olsa həyəcan başlayır. Amma işin əsl qəribə tərəfi , daha mücərrəd anlayışlarla çalışmağa başlayanda ortaya çıxır. Kinomotoqrafiyanın əsl sehri , gücü ; intuisiyanı hiss etməkdə, insanların qəribə və unuda bilməyəcəyi bir hisslə filmdən ayrılmaqlarını təmin etməkdə gizlənir. " (c) David Lynch
David Lynch-in Eraserhead filmi pis-dad buraxan ürəkbulandırıcı bir filmdir. D.Lynch-in ilk uzun metrajlı filmi tənqiçləri 2 hissəyə ayırıb : ya çox bəyəniblər, ya da heç bəyənməyiblər. Filmin orijinalı The United States National Film Archive (Amerika Milli Kino Arxivi) üçün seçilərək burada qorunur. Kinonun müddəti az olsada, işlədilən dialoqların azlığına baxmayaraq bu kino 4 il ərzində çəkilmiş. Bir çox səhnədə gizli mesajlar verən bir filmdir. Amma David Lynch bu filmində məntiq anlayışından istifadə etmir. Filmdəki dialoqlar demək olar ki, yox dərəcəsindədir. Onsuz ilk 10 dəqiqəsi 2001: A Space Odyssey (1968) və The Good, the Bad and the Ugly (1966) filmlərindəki kimi səssiz keçir. Amma həmin filmlər ilə əlaqəsi olduğunu düşünmürəm. Lynch bu filmdə işlətdiyi simvolizm anlayışı pik nöqtəsindədir. Onsuz məntiq, səmərəlilik anlayışın olmadığı bir yerdə bu filmi anlamaq çox çətindir.
Kinoda bir tək Henry Spencer (əsas personaj)-ın adı bəllidir. Digər personajların adı Mary X, Mrs X və Mr. X-dir. "X" simvolu bildiyimiz kimi riyaziyyatda məhçulu təmsil edir. Bu kinodakı kimi H.Spencer -dən başqa hamısı birər bilinmədik insandır əslində.
Filmdə lift səhnəsi yəqin ki, bir çoxunuzun diqqətini çəkib. Liftdən qəribə səslər gəlir. Həmin səslər bir qadının qarnındakı uşaqdan gələn səsləri xarakterize edir. Lift isə qadınlıq organı təmsil edir. Bu səhnəni Kubrick The Shining (1980) filmində işlədir. Beləki , Kubrick-in The Shining filmində liftdən fışqıraraq qan çıxır. Həmin qan doğumu təmsil edər. Onsuz Kubrick öz müsahibələrində Eraserhead filmini çox sevdiyini və The Shining filminin bir neçə səhnəsini həmin filmlə əlaqələndirdiyini söyləmişdir. Bundan başqa həmin lift səhnəsini Coen qardaşları Barton Fink (1991) filmində də işlədib. Həmçinin fikir vermisinizsə Barton Fink-in saçı Henry ilə eynidir.
Mary X: You wouldn't mind marrying me, would you Henry? (Evlənməyiz problem deyil ?)
Henry Spencer: Well... No.
Bu dialoq əslində bizə düşünülmədən etdiyimiz qərarların nəticələrinin necə də ağır olacağını göstərir. Lynch hər problemin kökünü göstərməyə çalışdığı üçün isə bu problemin kökünü bu dialoqda görür. Mary X-in atasının vəziyyəti isə əslində Henry-yə onun gələcək həyatını göstərir. Mary-nin anası Henry-yə toxunsada atası bu səhnədə passiv qalır. Bu isə ananın evdə olan dominant-lığını göstərir.
Filmin əvvəlində bir insan lever adlı bir qurğunu çəkir. Bu zaman spermaya bənzəyən bir şey suya düşür. Bu cütləşməni xarakterizə edir. Beləcə həmin səhnə ilə birlikdə uşağın təməli atılır. Amma Lynch bir nöqtəyə toxunur və yeni uşaq sahibi olan insanlara belə bir sual verir. Bəs işlər öz axarı ilə getməsə nə edərdiz ?
Henry ilə Mary X-in bir uşağı olur. Amma işlər düzgün getmir. Çünki uşaq mutant (insana bənzər varlıq) şəklindədir. Uşağın dəhşətli ağlamağından sonra Mary X Henry-ni uşaqla qoyub onu tərk edir. Bundan sonra Henry qorxulu yuxular görməyə başlayır və beləliklə yuxusunda mahnı söyləyən bir xanımı kəşf edir. Həmin xanım ölümü təmsil edir. Beləki radiator xanım "In Heaven, everything is fine." (Cənnətdə hər şey yaxşıdır) deyə mahnı oxuyur. Mahnı oxuduğu zaman isə yuxarı hissədən sperma şəklində varlıqlar düşməyə başlayır. Radiator xanım bunları əzərək öldürməyə başlayır. Buna oxşar səhnəni Henry yenə yaşayır. Həmin səhnədə Henry, toxumları Mary X-in bədənindən çıxararaq divara atıb əzir. Bu Henry-nin xoşbəxt olmadığını və nə qədər əzab çəkdiyi göstərir. Film boyunca Henry və Mary uşağa sevgi göstərmirlər, ondan iyrənirlər və sadəcə susdurmağa çalışırlar.
Filmin sonlarına yaxın isə Henry-nin fahişəliklə məşğul olan qonşusu ilə əlaqəyə girdiyini görürük. Bu səhnə bir insanların işlər doğru getmədiyində necə də aldana biləcəyini xarakterizə edir. Yaşanan bütün hadisələrə baxmayaraq Henry yenədə ağıllanmamışdır və yenə də eyni səhvləri etməkdədir.
Artıq Henry-in çarəsizliyi artmaqdadır. Öz səhvləri ilə üzləşmək üçün mutant uşağın bağlandığı dəsmalı kəsərək açır. Amma qarşılaşdığı səhnə yumurtalığı xatırladan iç orqanlarından ibarət bir şeydir. Və səbri tükənən Henry qayçını sancır. Bundan sonra ekran qaralır...Artıq heç bir problem qalmamışdır. Çünki cənnətdə hər şey yaxşıdır...
Əsas olaraq insanlar gərək etdiklərini düşünüb etsinlər. Yoxsa gələcəkdə etdikləri səhvlərə görə qorxulu yuxular çox görəcəklər. İnsanların düşünmədən etdikləri səhvlərə görə Zeki Demirkubuz-ün Yazgı (2001) filmindədə eyni hadisələrə şahidlik edə bilirik.
Bundan başqa Kubrick öz yaxınlarına bu filmi izləməyi tövsiyyə edirdi. Hətta o, Lynch-dən filmdəki uşağı necə hazırladığını dəfələrlə soruşsada cavab ala bilməyib. Charles Bukowski bir gün müsahibəsində bu filmi "izlədiyim ən yaxşı filmdir" deyə adlandırmışdır. Eraserhead surrealism qavrayışın ən öndə gələn filmlərindəndir. - DirectorHana MakhmalbafStarsAbbas AlijomeAbdolali HoseinaliNikbakht NoruzIn Afghanistan, a young girl wants to go to school and learn to read and write, but is met with hostility or indifference."Baktay öl, ölməsən azad ola bilməzsən..."
Son zamanlarda izlədiyim üzücü və təsir edici dram kinolarından biridir. Rejissor uşaqların psixologiyasını anlatmağa çalışsada eyni zamanda 1980-ci ildən sonra darmadağın olan Əfqanistanın ürəkburxan halını göstərir. Uşaqların saf hissləri, bizim yaşadıqlarımızın 1% belə yaşama imkanlarının olmaması həqiqətəndə üzücüdür. Bəzi filmlər vardır, bitdikdən sonra şərhsiz qalan. Buda o filmlər kimi - şərhsizdir. Balaca bir uşağın oxumaq üçün əlindən gələni etməsi və qarşılaşdığı çətinliklər yəqinki bir çoxunuza təsir edəcək. - DirectorNuri Bilge CeylanStarsHaluk BilginerMelisa SözenDemet AkbagA hotel owner and landlord in a remote Turkish village deals with conflicts within his family and a tenant behind on his rent." Uyku kusursuzca tasarlanmış harika bir kaçış yoludur..."
2014-cü ilin ən yaxşı filmlərindən biri olan Kış Uykusu Cannes Film Festivalında "Palme d'or" mükafatını qazanan ən uzun film ünvanına məxsusdur.
Nuri Bilge Ceylan və Zeki Demirkubuz filmləri ilə Türkiyə kinomotoqrafiyasını festivallarda tanıdır. NBC "Kış Uykusu" filmi ilə bu işi ən üst səviyyəyə qaldırmağı bacarıb. NBC Cannes film festivalında ilk dəfə Koza (1995) filmi ilə dəvət olunub.
Filmin mövzusu A.Çexovun hekayələri əsasında çəkilmişdir. Film insanın ruhunu çox gözəl ifadə etmişdir. Bir neçə NBC filmlərinə baxmışam. Amma həmin filmlərdə dialoqlar ön planda deyildi. NBC-in bu filmində isə dialoqlar ön plandadır. Əsas personaj Aydın (Haluk Bilginer) "Othello" otelini işlədən varlı , dünyagörüşlü, ağıllı və keçmiş teatr nümayəndəsi olan bir insandır. Aydın sözü türk leksikasında " çox ağıllı" və ya "dünyagörüşlü" insana deyilir. Aydın-ın atası isə qəsəbənin tanınmış insanlarından biri olub və qəsəbədəki hər şeyini Aydına buraxıb. Aydının həyat yoldaşı Nihal (Melisa Sözen) gənc, gözəl bir qadındır. Vaxtılə Aydını sevib onunla evlənsədə sonradan xoşbəxt ola bilməyib. Pulu olsada özünü çox yalnız hiss edən Nihal depressiyadadır. Özünü bu vəziyyətdən çıxarmaq üçün xeyriyyə işləri görməyə çalışır. NBC dialoqları xüsusi olaraq hazırlayıb və bir çox mövzuda insanları tənqid edib. Bunlardan biri Nihal ilə Aydın arasında keçən və Türkiyə-də "aydın" ləqəbli insanlara ünvanladığı tənqiddir.
"İyi öğrenim görmüş, dürüst, adil bir insansın. Ancak yeri geldiğinde bu erdemlerinle insanları boğan, küçük düşüren, aşağılayan bir hava taşıyorsun..."
Böyük ehtimal bir çoxunuz Dostoyevski-nin "Cinayət və Cəza" romanı və A. Çexov-un hekayələrini oxumusuz. NBC bu kitablardan ilhamlanaraq bu ssenarini yazıb. Bir neçə səhnədə eləcədə filmin posterinde Dostoyevskinin kitabındakı mənzərəni Ceylanda işlədib. Həmin mənzərəni Glazunov adlı rus rəssam Dostoyevskinin ilk romanı olan "Неточка Незванова" kitabı üçün çəkmişdi. Kış Uykusu bir vicdanın teatr səhnəsidir. Yəqin ki, filmin sonlarına yaxın Aydın-ın qəsəbə müəllimi olan Levent (Nadir Sarıbacak) ilə etdiyi dialoq yadınızdadır. Həmin dialoqda Levent Shakespeare-in "3. Richard " teatr oyunundakı vicdan ilə bağlı işlətdiyi sözü Aydın heç bəyənməmişdi. Aydına görə dünyanı Tanrı belə yaradıb. Təbiət belə ədalətsizdi, nəyə görə insanlarda ədalətli olsun ki..!?
“Vicdan, güçlüleri korkutmak için uydurulmuş, korkakların kullandığı bir sözlükten başka bir şey değildir..."
Əslində bu səhnə kimi digər səhnələr də bir çoxumuzun qarşılaşdığı problemləri açıq şəkildə üzümüzə vurur.
Filmin digər personajlarından biri olan Necla (Demet Akbağ) xarakteridir. Bir çox mövzüya emotional tərəfdən yanaşan Necla atasından miras qalan oteldə yaşayan dul bil xanımdır. Necla haqsızlıq , pislik edənlərə yeni bir şans vermənin hətta onlardan üzr istəyərək onları utandırmağın tərəfdarıdır. Nihal-a görə isə bu yanaşma realist deyil. Necla bu fikirlərini Nihal ilə bölüşdükdən sonra müsbət rəy almadığı üçün ondan uzaqlaşır və qardaşı Aydın ilə söhbət edir. Lakin Aydında Necla-nın fikilərini yanlış qəbul edir və hətta gərçəkləri söyləyərək Neclanı dərin yaralayır.
"Sen acı çekmemek için, kendini kandırmayı tercih ediyorsun..."
Kinonun ən can alıcı xarakterlərindən biri az görünsədə İsmail (Nejat İşler)-dir. İsmail qürurlu və əsəbi biridir. Sözün düzü mənə ən çox təsir edən səhnə İsmail-in ona kömək üçün uzadılan "saxta" əli geri çevirdiyi səhnədir.
Həmin səhnə : https://www.youtube.com/watch?v=Ab4YDWVUwns
"Mutsuzlar, bencil, kinci, acımasız olurlar. Kolaylıkla haksızlık yaparlar, birbirlerini anlamayacak kadar ahmaklaşırlar. Mutsuzluk insanları birleştirmez, birbirlerinden koparır..Mutlu olmadığımız için mutlu edemiyoruz."
Filmin əsl vaxtı 270 dəqiqə olsada sonradan NBC "arthouse" filmlərini bəyənən insanları eləcədə digər izləyiciləri yormamaq üçün filmin vaxtını kəsərək 200 dəqiqə etmişdir. Lakin Cannes Film Festivalında baş münsib Jane Campion : "filmi bir neçə saat daha olsa belə izlərdim " demişdir. - DirectorMorten TyldumStarsBenedict CumberbatchKeira KnightleyMatthew GoodeDuring World War II, the English mathematical genius Alan Turing tries to crack the German Enigma code with help from fellow mathematicians while attempting to come to terms with his troubled private life.Sözsüz ki, bu ilin ən yaxşı filmlərindən biridir. Bir çoxumuzun Sherlock serialı ilə tanıdığı Benedict həqiqətəndə yaxşı rolunu oynayır. Amma bu il mənim favoritim Theory of everything-dəki roluna görə Eddie olacaq.
Hal-hazırda istifadə etdiyimiz kompyuterlərinin banisi olan Alan Turning-in həyatını və tarixdəki enigma əməlliyatı bəhs edilir. Gay olduğu üçün öldürülən (kinoda intihar kimi qeyd edilib) və etdiyi bir çox nəaliyyəti gizli tutulan Alan Turning-in həyatını elə özü kimi gay olan Hodges araşdırır və yazır . Bu il Golden Globes mükafatında ilin kinosu seçilən Boyhood filmi Oskar almasa düşünürəm ki, bu filmin oskar alma ehtimalı var. - DirectorTom HooperStarsEddie RedmayneAlicia VikanderAmber HeardA fictitious love story loosely inspired by the lives of Danish artists Lili Elbe and Gerda Wegener. Lili and Gerda's marriage and work evolve as they navigate Lili's groundbreaking journey as a transgender pioneer.2001-ci ildə romanı yazılmış The Danish Girl səs-küyə səbəb olduğu üçün 2015-2016 (premyeralar fərqlidir) ilində filmini çəkməyə hazırlanırlar. Kitabın səs-küy oyatması Einar Wegener adlı rəssamın maraqlı, qəribə həyatıdır. Beləki, kişi olaraq evləndikdən sonra xanımı Gerda tərəfindən homosexsual olması qəbul edilib və xanımın paltarları ilə pozalar verir. Eyni zamanda tarixin ilk transexsual insanı kimi tanınır. 1930-cu ildə qadınlıq arzusu ilə əməliyyat olur. Əməliyyatdan sonra cütlüyün evliliyi legal olaraq pozulur. Gerda bundan sonra boşanıb başqa biri ilə evlənərək ölkəni tərk edir. Əməliyyat ilə bütün kişiyə xas olan organları götürülür buna görə də Einar rəssamlığı buraxır. Düşünür ki, onun rəssam olma ruhu kişiliyi ilə bərabər silinib. Rəssamlığı buraxan Einar artıq Lili Eiber adını alır. Bədəninə yumurtalıq yerləşdirmək üçün ikinci dəfə əməliyyat olur. 26 yaşında sevgilisinə uşaq dünyaya gətirmək üçün ölüm riskinə belə göz yumaraq üçüncü dəfə əməliyyat olur. Üçüncü əməliyyat uğursuz olduğu üçün dördüncü əməliyyatda edilir. Bundan sonra şiddətli qarın ağrıları çəkməyə başlayan Lili-nin bədəni yumurtalıqları qəbul etmir. Beşinci əməliyyatdan bir neçə müddət sonra ölərək qadın kimi dəfn olunur. Öldüyündə 49 yaşında olar. Ölüm xəbərini eşidən Gerda pis hisslər keçirməyə başlar və italyan həyat yoldaşından bpşanaraq. Einar ilə ilk görüşdə aşiq olduğu yerə köçər və burada yaşamağa başlar. Bundan sonra Einar-ın ölümündə özünü günahlandıran (günahlandırmasının səbəbi: onu qadın olmağa təşviq edən Gerda olur) Gerda içkiyə başlar. Rəssam olaraq öz şöhrətini itirən Gerda Gottlieb Wegener Porta 1940-cı ildə yalnız olaraq yaşadığı evində ölər....
- DirectorCharles FergusonStarsMatt DamonGylfi ZoegaAndri Snær MagnasonTakes a closer look at what brought about the 2008 financial meltdown.Bu filmi 3 il əvvəl izləmişdim. Bu gün dostum maliyyə ilə bağlı film izləmək istədi. Ona görə yenidən izləmək məcburiyyətində qaldım.
Filmin rejissoru Charles Ferguson-dur. Charles Ferguson Amerikanı sərt şəkildə tənqid etməyi bacaran, bütün gərçəkləri gözlər önünə salan rejissordur. Mövzu 2008-ci ildəki Amerikadakı iqtisadi böhrandır. Film ən yaxşı documentry (sənədli film) nominasiyasında Oskar qazanmağı bacarmışdır.
"Nəyə görə maliyyə mühəndisi gərçək bir mühəndisdən daha çox qazanır..?! Maliyyə mühəndisi röyalar qurar gərçək bir mühəndis isə körpü inşaat edər və bu röyalar kabusa çevriləndə bunun bədəlini başqa insanlar ödəyər. "
Amerikadakı iqtisadi çöküş "Lehman Brothers" çöküşü ilə başladı. 160 illik bankcılıq təcrübəsi olan Lehman qardaşlarının müflis olmağı 2008-ci ildə bütün dünyanı son 80 ilin ən böyük iqtisadi böhranı ilə üzbəüz qoydu. Amerika tarixinin ən böyük 5-ci bankı olan Lehman qardaşlarını hakimiyyət nə qədər çalışsada çıxara bilmədi və 15 sentyabr 2008-ci ildə bank bağlandı. "Lehman Brother" bağlamağının ardından Fannie Mae və Freddie Mac banklarıda crisis yaşadı və bir çox hissələrini itirdilər.
Lehman qardaşlarının çöküşü haqqında hər şeyi burdan oxuya bilərsiz :
https://en.wikipedia.org/wiki/Bankruptcy_of_Lehman_Brothers
Əlbəttəki, həmin crisi təkcə banklara təsir etmirdi. Nəhəng siğorta şirkətlərinin də vəziyyəti ürək açan deyildi. A.I.G kimi siğorta şirkətini xilas etmək B.Obama-nın öhdəsinə düşdü. Bundan başqa U.S. steel, General Motors, Ford kimi Amerikanın milli dəyərləridə böyük risk altına girmişdi. Həqiqətən də böyük yardımlar olmasaydı Amerika çökmüşdü. Filmdə Alan Greenspan, Larry Summers və bir çox CEO üzvləri günahkar kimi göstərilib. Hətta bəzi məlumatlar şok edicidir. Çünki burda işləyən ən kasıb CEO-nun qazancı milyonu ötür. Bir sözlə. milyonlarla insanın depozitini bir qrup insanın oğurlamışdır.
"2008 ci ildə Amerikada maliyyə krizi olsa bundan xilas olmağı başardı . Amma bu krizə səbəb olanlar hələdə öz işlərindədir. Biz bunun reform yolu ilə dəyişdirilməsini istəyirik. Bilirik bu çətindir. Amma bunun üçün mübarizə aparmağa dəyər.."
Filmdəki bir çox hadisəni bizim ölkədə yaşayır. Bu hissələri burada yazıb fikirlərinizi yayındırmaq istəmirəm. Bundan başqa fikir versəniz görəcəksiz ki, filmdə "subprime" termini çox işlədilir. Amerikada 2 cür sinifləndirmə var : varlı və kasıb. Varlı adam aldığı krediti tezliklə ödəyə bilir. Buna "prime mortgage" deyilir. Kasıb insan isə aldığı krediti ödəməkdə çətinlik çəkir. Bu isə "subprime mortage" adlanır. Bəzən isə subprime kreditorlar ödəyə bilmədikləri kreditə görə zəmanət qoyduğu hər hansı bir şeyi itirir. Buna görə Amerikada 2-3 milyon evsiz insan yaşayır.
Filmdə diqqətimi çəkən ən böyük şey aparılan experiment-dir. Belə ki, neurologists (nevroloqlar) həkimlər bir insanı experiment üçün otağa alırlar. Bütün cihazları hazır etdikdən sonra həmin fərdə oyun oynadırlar əgər həmin insan oyunda qalib gələ bilsə külli miqdarda para qazanacaqdır. Beynin həmin hissəsi canlanmağa başlayır və bir insanın cocaine (kokain) qəbul etməyi ilə bərabər səviyyədə tez işləməyə başlayır. "
"Normalda ən pis vəziyyətin bədəlini yoxsul insanlar ödəyər."
Matt Damon-un səsləndirməsi ilə mükəmməl bir iş çıxarıblar. Bu sahə ilə maraqlananlar mütləq izləsin. - DirectorMike CahillStarsMichael PittSteven YeunAstrid Bergès-FrisbeyA molecular biologist and his laboratory partner uncover evidence that may fundamentally change society as we know it."Heç içindəki boşluğu dolduran biri ilə tanış olub sonra o, getdiyində ağrı dolu tənhalığı hiss etdin mi ? "
Mike Cahill-in "I origin" filmi elmlə din arasındakı ziddiyəti , gərçəklər ilə inanclar arasındakı körpünü göstərən 21-ci əsrin ən yaxşı elmi-fantastika filmlərindən biridir. Ssenarist Darwin-in məşhur "Evolution Theory" (Təkamül teoriyasını) üzərində durur və digər bir anlayışla reankarnasiyanın ola bilmə ehtimalını göstərir.
İan tibbi experimentlər aparan bir həkimdir. Hallowen partidə Sofi adında bir qız ilə tanış olur və uşaqlıqdan insanları gözünün şəklini çəkmək kimi həvəsi olduğundan Sofi-nin gözlərinin şəklini çəkir. İan dindən çox elmi faktlara inanan bir insandır. İan bir gün Sofi-yə çalışdığı laboratoriyanı göstərir. Sofi isə İan-a :
"Məncə Tanrını oynamaq pis fikirdir..." deyir. Düşünürəm ki, Sofi inancı olan bir qızdır.
Filmin hər səhnəsi haqqında yazçağı fikirləşmirəm amma lift səhnəsi çox təsirli idi. Həmçinin soundtrack-lər mükəmməl idi.
Əgər yaşadığınız müddətdə cavabını axtardığınız bir sualın bir gün bütün dəyərlərinizi hətta inandığınız hər şeyi alt-üst edəcəyiniz bilsəydiniz, yenə də o sualını cavabını öyrənərdiz ?
Mən də cansız varlıq olanda öldüm, yetişib böyüyən bitki oldum ; bitki olarkən öldüm, heyvan görünüşündə aşkar oldum. Heyvan olduqdan sonra belə öldüm, insan oldum ; elədisə ölməkdən qorxmaq nədir ? Heç pis çevrildiyim, alçaldığım oldu mu ? (C) Mevlana
71/100 - DirectorPenny MarshallStarsRobert De NiroRobin WilliamsJulie KavnerThe victims of an encephalitis epidemic many years ago have been catatonic ever since, but now a new drug offers the prospect of reviving them.Robert De Niro və Robin Williams -ın baş rolu paylaşdığı real hekayə əsasında çəkilmiş tibb tələbələri, həkimlər və kövrəlmək istəyənlər üçün tövsiyyə edə biləcəyim təsiredici filmlərdən biridir. Malcolm Sayer (Robin Williams) işçi çatışmamazlığına görə bir xəstəxanada işə başlayır. Dr. Sayer xəstəxanadakı "comatose" xəstələri diqqətini çəkdiyi üçün onlar üzərində araşdırma aparmaq istəyir. Filmə baxarkən "One Flew Over the Cuckoo's Nest" (1975) filminin abu-havasını aldım. Ona görə də bu filmə baxanlara "Angels of Universe" (2000) filmi ilə məsləhət görə biləcəyim bir filmdir. 3 Oskara nominasiya göstərilsədə qalib gələ bilməmişdir. Dr.Sayer bir gün seminarda L-Dopa adlı dərmanın bu xəstələr üçün xeyirli olduğunu düşünər və xəstələrə bu dərmanı verərək test etməyə başlar. Bir kənarda durmuş bilinməyən mükəmməl filmlərdən biridir.
"İnsanlar həyatın gərçək mənasını yaddan çıxarıb. Yaşadıqları həyatın mənasını....Əllərindəkinin və itirəcəklərinin nə olduğunu onlara xatırlatmaq lazımdır. Mənim hiss etdiyim, həyat sevindir, hədiyyə olunmuş həyat, həyat azadlığı..!"
"Xahiş edirəm, özüvə bir bax. Yox, sən özüvə bax ! mənim xəstəliyim var. Xəstəlik məni bu dünyadan aldı və geri qayıtmaq üçün mübarizə apardım. 30 il döyüşdüm və hələ də döyüşürəm. Amma sən...
Heç bir xəstəliyin yoxdu. Sən qorxaq və heçbir şeyi olmayan tənha birisən ! Həyatın, heç bir şeyin yoxdur.
Həqiqətən yatan sənsən...!"
75/100 - DirectorFelix van GroeningenStarsVeerle BaetensJohan HeldenberghNell CattrysseElise and Didier fall in love at first sight, in spite of their differences. He talks, she listens. He's a romantic atheist, she's a religious realist. When their daughter becomes seriously ill, their love is put on trial.Ateizm və teizm mövzulu sevgi üzərində qurulmuş bir filmdir. Didier Tanrıya inanmayan romantik bir insandır Elise isə din-in tələb etdiklərini yerinə yetirən bir dindardır. Fərqli dünyagörüşlərinə malik olsalarda ilk görüşdə aşiq olan bu cütlük üçün hər şey yaxşı başlayır. Soundtrack-ləri ilə içinisi isidən cinsdəndir. Amma bu cütlüyün uşaqları xəstələndikdən sonra dünyagörüşlərindəki fərqlilik ortaya çıxmağa başlayır.
- DirectorAlan ParkerStarsGene HackmanWillem DafoeFrances McDormandTwo F.B.I. Agents with wildly different styles arrive in Mississippi to investigate the disappearance of some civil rights activists.Real hadisələrə əsaslanan Gene Hackman (2 Oskar), Willem Dafoe, Frances McDormand (1 Oskar) , R. Lee Ermey (Full Metal Jacket filminin çılğın komandiri) kimi oyuncuların yer aldığı Alan Parker-in real hadisələrə əsaslanan insanlıq adına utandırıcı filmlərdən biridir.
Mövzu adından da bəlli olduğu kimi Mississippi əyalətində keçir. FBİ agentləri itmiş adlandırılan 2 bəyaz və 1 qara dərili oğlanın məsələsini araşdırmaq üçün bu əyalətə gəlir. 2 ağ dərili oğlan fəal mülki haqqları müdafiə edən gənclərdir. Amma bir qara dərili insana kömək etdikləri üçün bilmədikləri insanlar tərəfindən izlənirlər. Bu gəncləri izləyənlər Ku Klux Klan -ın üzvləridir. Bu klan 1865-ci ildə Tennessee əyalətində qurulmuş faşist meyilli racist təşkilatıdır. Maşını dayandırılan gənclər artıq son dəqiqələrini yaşayırdı. James Chaney, Andrew Goodman ve Michael Schwerner adlı 3 gənc 1964-cü ildə vəhşicə öldürülmüşdür. ( öldürüldükdən sonra bədənləri buldozer ilə əzilərək torpağa basdırılmışdır.)
Həmin il bu hadisə KİV (kütləvi informasiya vasitələrində)-də geniş yer tutmuşdur və gənclərin axtarılması üçün FBİ 2 agentini bu vilayətə göndərir. Amerikanın cənub vilayətləri əsasəndə Mississippi bölgəsinin insanları "redneck" adlandırılır. Redneck təhsili olmayan və dar düşüncəli insanlar verilən addır.
Filmin mövzusu bəllidir. Lakin hələ də bunları edənlərin kimliyi məxfi olaraq qalır. Başdan-sona qədər film öz axıcılığını qorumağı bacarır. Oskarda 7 nominasiyası olsada sadəcə 1 (Best Cinematography) nominasiyada qalib gələ bilmişdir.
" bədən rənglərimiz fərqli ola bilər, amma axan qanımızın rəngləri eynidir..."
Film haqqında BBC-nin məqaləsi - http://news.bbc.co.uk/2/hi/americas/4124258.stm
KKK üzvlərinin 1922-ci ildə görüntüləndiyi ayin (Bunu filmdə də görmək mümkündür) -
http://prntscr.com/897vx2
Vəhşicə öldürülən 3 gəncin realdakı şəkli -
http://prntscr.com/897vzv - DirectorScott DerricksonStarsLaura LinneyTom WilkinsonShohreh AghdashlooA lawyer takes on a negligent homicide case involving a priest who performed an exorcism on a young girl.1952-ci ildə Almaniyada dünyaya gələn bu xanım dinə bağlı olan katolik biridir.
Xanımın həyatı 1968-ci ildə idarə edə bilmədiyi bir güclə dəyişir. 1970-75-ci ildə isə həmin güclər intensivləşir və şeytanlar, ruhlar görməyə başlayır. Həkimlər buna epilepsiya diaqnozu qoyur. 1975-ci ildə Anneliese şeytan çıxarma məkanlarına aparılır. Bu vaxt ərzində Anneliese bilinməyən bir dildə danışmağa başlayır. Seanslar həmçinin tibbi nəzarət altında keçirilir. Lakin getdikcə vəziyyət pisləşir. Anneliese öz sidiyini içməyə başlar və eynilə yemək yeməz. Qəribə səslər çıxarmağa başlar və qəribə tonda danışmağa başlar. Vəziyyət gərginləşəndə onu 2-3 nəfər çətinliklə sakitləşdirə bilirdi. Son seans 1976-cı ildə olmuşdur. Bu seans-lar tibbi nəzarət aldında olduğu üçün səslər qeyd alınmışdır. Lakin bu səs qeydləri gizli saxlanılır. İyun ayının 1-i 10 ay ərzində yemək yeməyən Anna son nəfəsini verər və ölər.
Öldükdən sonra seans keçirən şəxsə dava açılır. Polis səs yazmaları dinlərkən qorxuya düşür. Çünki Anna 7 fərqli tonda səslər çıxarırdı. Həmçinin vəziyyəti pis olan anlarda həşərat yeyirmiş. Məşhur The Washington Post qəzetinin xəbərinə görə Anna-nın bədəninə lənətlənmiş ruhlar girişdir. Bunlar bir neçə dövrdə özünü biruzə vermişdir. Anna haqqında 2005-ci ildə çəkilmiş olan The Exorcism of Emily Rose adlı filmdən fərqli olaraq Anna-nın ölümündə 1 nəfər əvəzinə 5 nəfər günahkar bilinmişdir. Bu insanlara Anna-nın anası və atasıda aiddir. Həmçinin o vaxt ilin ən səs-küylü, qorxulu filmlərindən sayılan The Exorcist (1973) filminin Anna-nın həyatında mənfi təsiri olmuşdur. Həmçinin tibbi seanslar zamanı heç bir həkim çağırılmamışdır. Yemək yemədiyi üçün ölən Anna, öldüyündə 33 kq imiş. Tibbi experiment zamanı Anna-nın ölüm səbəbi kimi qida və su çatışmamazlığı bildirilir. Bəzi rəvayətlərə görə Anna öldükdən sona qəbirdən çıxaraq, öz yerini dəyişmişdir. Onu görənlər isə bədəninin çürümədiyini iddia etmişdir. Lakin bu sirr olaraq qalır. Çünki hökümət kilsənin nüfusunu aşağı salmamaq üçün davanı bağlamışdır. Anna-nın öldükdən sonra şəkilləri çəkilməmişdir. Rəvayətin isə doğru olduğu iddia edilir. - DirectorMurali K. ThalluriStarsTeresa PalmerFrank SweetSam HarrisAt 2:37, someone commits suicide in the school lavatory. The day is told up to that point from the viewpoint of six different students.Cannes Film Festivalında 17 dəqiqə ayaqda alqışlanmış bir film. Ssenarist və rejissoru bu filmi ərsəyə gətirərkən hələ 21 yaşında imiş.
https://en.wikipedia.org/wiki/2:37
Rejissor müxtəlif problemləri ilə özlərinə qapanıb yaşayan gənclərin yeniyetməlik dövrü həyatlarını dəyişik qurğu ilə ələ alıb. Başqa sözlə desək eyni anda bir çox insan problemlər ilə üzbəüzdür.
" İnsanlar reinkarnasiyaya inanır . Bəziləri cənnətə, cəhənnəmə inanır. Amma əslində bunların hamısı boşdu. Çünki insanlar ölməkdən qorxur. Ölmüsənsə ölümsən..."
Əslində kinodakı heç bir yeniyetmə xoşbəxt deyildi. Hər birinin fərqli problemi var amma əsas problem "bir-birilərini" görməzdən gəlmələri idi. Filmin hekayəsinin gərçək olub-olmadığını bilmirəm . Amma film Kelly adında gənc bir qıza həsr olunub.
Filmi izlədikdən sonra oxumalısınız !
http://www.smh.com.au/news/film/choose-life/2006/08/09/1154802964846.html
SPOİLER
Bacısını zorlayan və hamilə buraxan Marcus-un problemi. Bununla yaşamağa çalışan Melody-nin pessimistliyi..Gay olduğu üçün digərlərinin yanında pis vəziyyətə saldığı amma özünündə gay olduğu sonra bəlli olan Luke və digər məktəblilərin problemi...Və sonda bir kənarda durmuş Kelly-nin ölümü...
SPOİLER - DirectorAudrius JuzenasStarsAnastasija MarcenkaiteIgor SavochkinKseniya RappoportThe story of a ten year old girl who escapes from a deportee train and goes on a 6000 km long journey back to her homeland.-Spoiler-
Film 1948-ci ildə atası öldürülən və hamilə anası ilə sürgünə göndərilən Marija-nın hekayəsi haqqındadır. Marija uşaq olmasına baxmayaraq bir çox çətinliklərlə üzləşir. Vaqonda anası ölür. Amma vaqondakı yaxşı insanlar vasitəsilə vaqondan qaçmağı bacarır. Litvalı uşaq Rusiyada tanımadığı insanlar ilə üzləşir. Bir neçə gün Nadya nənənin yanında qaldıqdan sonra məcbur Litvaya geri yollanılır. Lakin yolda üzləşdiyi çətinliklər təsiredicidir. Qatardakı satqınlar tərəfindən qatardan atıldığı üçün Litvaya yürüyərək getməli olan Marija əsir düşür və uşaqlar yetimxanasına aparılır. Burda döyülən Marijanın halına acıyan həkim ona kömək edir və komandirin evinə yollayır. Komandir Marija kömək edir..
"siz məni yenə sürgün edə bilərsiz...Qorxmuram...Çünki yolu artıq əzbərləmişəm..." - DirectorYann Arthus-BertrandStarsYann Arthus-BertrandGlenn CloseJacques GamblinWith aerial footage from fifty-four countries, 'Home' is a depiction of how Earth's problems are all interlinked.Çəkimləri 3 il dəvam edən və 54 ölkədə hava ilə lentə alınan bu film dünya-insan , keçmiş və gələcək münasibətlərini və bir çox məsələni aydınlığa qovuşdurmağımıza kömək edir. Dünyanın var olmasını, inkişafını, insanların yaranmasını , dünyanın insanlar tərəfindən yox olma təhlükəsini anlatmağa çalışır. Əslində yox olan dünya olmayacaq, yox olan elə insanlar olacaq. Film 2 hissə-dən ibarətdir. 90 dəqiqəlik versiyası televiziya versiyasıdır, 120 dəqiqəlik versiyası isə kinoteatr versiyasıdır. Hər dəqiqəsi dərs verici olan bu sənədli filmi mütləq izləyin.
- DirectorDarren AronofskyStarsNatalie PortmanMila KunisVincent CasselNina is a talented but unstable ballerina on the verge of stardom. Pushed to the breaking point by her artistic director and a seductive rival, Nina's grip on reality slips, plunging her into a waking nightmare.Nina-nın xəstəliyini şizofren adlandırmaq olar. Amma əslində Nina stress-i çox qaldıra bilmir. Kim qaldıra bilər o qədər stressi ? Bir tərəfdən anası onu balaca uşağı kimi görür, təhsil alma məcburiyyəti, hər kəsin ondan bir şey gözləməsi və ən əsasıda canlandırdığı obraz uğrunda mübarizə. Əgər uduzsa həmin obraz başqasına veriləcək… Nina bunları qaldıra bilmir. Bir zamandan sonra bədən çökür. beyin çökür, ruh çökür. Nina özünə psixoloji təyziq göstərir ki, mükəmməlliyə çatsın. Artıq psixoloji cəhətdən zəifləyən Nina hallucination (qarabasma) görməyə başlayır. Bu elə bir növ şizofren xəstəliyinin əlamətidir. Amma əslində tam şizofren-də deyil. Nina fikir vermisənsə Nyu-York kimi böyük şəhərdə asosyal kimi yaşayır. ev-məşq . Birdə bəzi səhnələr də Nina-nın bakirəliyi də mövzuya daxil edilib. O hissələri düşünürəm ki, anlamısan . Ona görə üstündə çox durmuram. bu Black ilə White Swan-ın azadlıq uğrunda mübarizəsidir. sonda isə Black Svan mübarizəni qazanır və azadlığını ölümündə tapır.
- DirectorBahman GhobadiStarsSoran EbrahimAvaz LatifSaddam Hossein FeysalNear the Iraqi-Turkish border on the eve of an American invasion, refugee children, like 13-year-old Kak (Ebrahim), gauge and await their fate.Bahman Ghobadi :
" Saddamın devrilişindən sonra İraqa getdim. Qarşılaşdığım mənzərə çox ağır idi. Şikəst uşaqlar, ailələrini itirənlər insanlar, hüzün, narahatçılıq...Müharibə sanki yeni başlamışdı. Bunları lentə aldım və İrana geri qayıtdım. Lakin gecələri yuxuma girirdi və qərara gəldim ki, bunun haqqında kino çəkim. Çəkilişləri İraqda etmək üçün 3 ay gözlədim. Nəhayət 3 ay sonra icazə verildi. Dünya müharibənin bitdiyini elan edirdi. Mən isə baş rolunun Bush, Saddam və ya başqa diktator olmayan bir film çəkməyə başlamışdım. Müharibə bitdikdən sonra hər kəs siyasətçilər haqqında danışırdı. Heç kəs İraqdakı bu insanlar bu insanların yaşadıqları haqqında danışmırdı. Filmimi diktator və faşistlərin siyasətləri ucbatından ölən bütün günahsız uşaqlara itfah etmək istəyirəm”
Müharibəni uşaqların gözündən anlatmağa çalışan təsir edici filmlərdən biridir. Bahman Ghobadi imzası ilə izlədiyimiz bu film Türkiyə sərhəddindəki kiçik bir kəndəki hadisələrdən danışır. Beləki Amerika-İraq müharibəsi zamanı ailəsini itirən uşaqların və bundan sonra yaşamaq məcburiyyətində qalmanın verdiyi əziyyəti göstərir. Dünyanın ən böyük problemlərindən olan mina ərazisində yaşayan və yaşamaq üçün mina toplayaraq pul qazanan uşaqların həyatı bir çoxunuzu dərindən sarsa bilər...Filmdə Satellite ləqəbli gənc Amerika heyranı olan bir kürtdür. Yaşadıqları ərazidə bir çox insana kömək edən və uşaqlara nəzarət edən bu gənc ingilis dili bilməsə də kəndlilərə Amerika siyasətçilərinin danışıqlarını tərcümə edərək rəğbət qazanmağı bacarır. Yaşadıqları düşərgəyə gələn 14 yaşındakı Agrin-ə aşiq olur. Argin qardaşı və əvvəlki düşərgədə tapdıqları bir uşaq ilə bura gələn gözəl bir qızdır. Qardaşı əllərini minada itirsədə bir an olsa da özünü gücsüz kimi göstərmir. Lakin bu vəziyyətlə Argin razılaşa bilmir....
Saddam hakimiyyətindən sonra İraqda çəkilən ilk filmdir. Bahman Ghobadi bu filmi çəkməyi Saddam hakimiyyəti devrildikdən sonra izlədiyi "Songs Of My Motherland" tamaşadan sonra qərar verir. Rejissor aktyorlar heyətinin hamısı sıradan insanlardan seçər hansı ki, bu insanların heç aktyorluq təhsili yoxdur. Bunun üçün sərhəddəki bütün kürd kəndləri gəzən rejissor kinonun əsas personajlarından olan Avaz Latif-i (Argin) çox kasıb olan bir kənddə tapmışdır. Hansı ki, o kəndin heç işıqlandırma sistemi belə yoxdur. Satellite ləqəbli Soran İbrahim isə filmdəki uşaqların içində həyatında bir dəfə televizor görən tək uşaqdır.
Filmdə bəzi qaranlıq yerlər var. Məsələn Argin-in gəldiyi ərazi. Həmin ərazi Halabja idi. Bəli , 16 mart 1988-ci ildə Səddam diktatorluğu ilə minlərcə uşağı şikəst buraxan, insanların yaxınlarını öldürən insanlıq tarixinin ən qəddar soyqırımlarından biri idi. Həmin gün zəhərli qaz daşıyan 8 dənə MİG-23 Halajba qəsəbəsini bombalamağa başlayır. Bir gün ərzində 5 mindən çox insan öldü. İran-İraq müharibəsi zamanı üsyan qaldıran əhalini cəzalandırmaq üçün Səddam kürdlərə qarşı bu addımı atır. Həmin gün tarixdə "Qanlı Cümə" adlı ilə öz yerini alır. Kimyəvi qazların təsirinə görə həmin qəsəbədə doğulan uşaqların 90% şikəst olaraq gözlərini dünyaya açmışdır.
Həmin hadisələrlə bağlı videoya burdan baxa bilərsiz :
https://www.youtube.com/watch?v=-CgqXifzYKs
Rejissor "A Time for Drunken Horses" filmi ilə Cannes film festivalında 3 nominasiyada mükafat qazanmağı bacarmışdır.
Filmin möhtəşəm soundtrack-i :
https://www.youtube.com/watch?v=4nmrdWchDgw
Anlatmağa kəlimələrin yetmədiyi sanki real həyata gizli kamera yerləşdirilmiş təsir edici, sarsıdıcı filmlərdən biridir. Mütləq izləyin.
79/100 - DirectorLuc DionneStarsMarianne FortierSerge PostigoHélène Bourgeois LeclercAfter her mother's sudden death, Aurore Gagnon is abused by her disturbed stepmother as her town remains in the silence followed by her death. Based on a true story.La petite Aurore l'enfant martyre (1952) filminin remake forması olan Aurore Kanada istehsalı filmdir. Baxdığım son filmlər içərisində əsəblərimi alt-üst edən filmlərin başında gəlir. An American Crime filmində əsəblərimi cilovlaya bilməmişdim. Amma ya filmin təsirindən ya da sözün həqiqi mənasında izlədiyim ən sarsıdıcı filmlərdən biridir. Bəzi filmlər var, bitdikdən sonra təsirindən çıxmaq olmur. Bu film o tipdədir. Son 40-50 dəqiqəsində əsəblərimi cilovlaya bilmədim. Hətta bəzi səhnələrdə kövrəldim. İnsanların necə də öz çıxarları üçün dindən istifadə etməsindən tutmuş bir fahişənin analıq etməyə çalışması demək olar ki, hər şey əsəblərimi korladı.
Filmin hekayəsi 20-ci əsrin əvvəllərində yaşanmış tragediya haqqındadır. Bir atanın qızına "sən mənim çiçəyimsən" dedikdən sonra balta taxtası ilə onu vəhşicə döyməyi qədər iyrəncdir həyat...Kilsə atasının dini öz çıxarları üçün istifadə etməsi və azyaşlı qıza cəhənnəmi yaşatması qədər qəribədir həyat.
"De görüm, Tanrı yuxarıda insanları yandırmaqdan zövq mü alır ? Aaa ya da yox. Axı, insanlar cəhənnəmdə yanırlar..Bəli rahib, o, qız cəhənnəmi bu dünya da yaşadı..."
Aurore Gangon haqqında geniş məlumatı burdan oxuya bilərsiz :
https://en.wikipedia.org/wiki/Aurore_Gagnon
Xoşuma gələn replikalar :
"Məncə müharibəni varlılar kəşf edib ki, daha da varlansın..."
"Düşünənlərdən mövcud vəziyyəti sorğulayanlardan nifrət edirsiz..."
[!] Əsəbləri zəif olan insanlara tövsiyyə olunmur. - DirectorPeter MullanStarsEileen WalshDorothy DuffyNora-Jane NooneThree young Irish women struggle to maintain their spirits while they endure dehumanizing abuse as inmates of a Magdalene Sisters Asylum.1960 -cı ildə İrlandiya, Dublin-də 3 qız işlədiyi müəyyən "günahlara" görə Magdalene sığınacağına göndərilir. Filmdə "cəhənnəm" və "günah" kəlimələri çoxluqla işlədilir. Rahibələr tərəfindən işgəncələrə məruz qalan bu qızlar tək yolu qaçmaqda görür. Lakin bu o qədər də asan deyil. Venice Film Festivalında mükafat aldığı üçün Vatikan tərəfindən şiddətli dərəcədə tənqid olunan bu filmdəki hadisələr əsəbləri alt-üst edəcək cinsdəndir. 1922-ci ildən bəri açıq olan bu sığınacaq bir çox tənqidlərə tab gətirməyərək 1996-cı ildə bağlanmışdır. Lakin bu vaxt ərzində bura gətirilən gənc qızlara ağla gəlməz işgəncələr verilib. " Braveheart " filmi ilə tanıdığımız Peter Mullan 2-ci uzunmetrajlı filmidir. Filmdəki qadınlar bir araya gələrək rahibələrin onlardan üzr istəməyini tələb etmişdir. İrlandiyanın baş naziri Enda Kenny buna cavab olaraq həmin qadınların acılarını başa düşdüyünü dilə gətirdi. Lakin kiçik bir şeyə görə belə cəza alan, döyülən, sadəcə biraz yemək verildikdən sonra bütün günü işlədilən bu qadınlar bu kifayət etməzdi..."Sex in a Cold Climate" (1998) adlı sənədli filmdə anladılanların bu filmin yanında heçnə olduğunu görmək olur. Belə ki, filmdə bəzi işgəncələr zəif işlədilib və demək olar ki, yer verilməyib. Məncə rejissor bu hissələrə yer verməli idi. Bəlkə də, rejissor Pasolini-nin başına gələnlərdən sonra çəkinib. Pasolini “Salo, or the 120 Days of Sodom" filmini çəkdikdən sonra ölmüşdür. Kimi bu filmi absurd dərəcə də pis görsə də kimisinə görə də həqiqətən rahibələr insanlara dindən sui-istifadə edərək bu işgəncələri verir. Qadınların şərəfin alçaldılması qədər acınacaqlı bir şey yoxdur. Hər iki filmə baxanlarda bunu başa düşəcək. (Qadınların soyundurulması səhnəsi)
2011’de IrishMail qəzetində yayımlanan bir yazı bir çox insanın diqqətini çəkməyi bacardı. Belə ki, həmin sığınacaqların qurbanlarındna biri müsahibəsində "çox ağır şəkildə işlədiklərini, səhər kiçik bir şey yeyərək bütün iş günü işlədiklərini" dilə gətirmişdi. Həmin qurbanlar hələ də dövlətdən üzr istəyir və onların əməklərinin qiymətləndirilməsini tələb edir.
Bundan başqa Joni Mitchell məşhur " The Magdalene Laundries " mahnısı bu hadisələrə həsr olunmuşdur. İstəyənlər sözləri ilə birlikdə dinləyə bilər.
https://www.youtube.com/watch?v=6DoAlothonQ
70 /100 - StarsJoanne WoodwardSally FieldBrad DavisA young woman whose childhood was so harrowing to her that she developed sixteen different personalities is treated by a doctor."Pəncərə şüşələrini təmir etmək, uşaqların ürəyini təmir etməkdən daha asandır. "
Sybil 17 müxtəlif xarakterə malik olan tarixə düşmüş ilk psychoanalysis-dir. Gərçək adı Shirley Ardell Mason-dur. Yəqin ki, bir çox şüuraltı haqqında filmlərə baxmısız. Bunların ən önəmlisi son zamanlarda çəkilmiş Nolan-ın "İnception" filmidir. Belə ki, hələ də bir çox yerdə İnception filminin sonluğu sual altındadır. Həmin sonluq röya mı idi? gərçək mi idi? - deyə fərziyyə doğurub və hələ də tam açıqlana bilməyib. Sybil-də bu film kimi hələ də bir çox insan tərəfində real hadisə kimi qəbul edilə bilmir. Sybil 17 fərqli kişiliyi şüuraltında yaşayır. Tibb sahəsində bu cür hallar şizofren xəstəliyi və ya "Grande-hysterie " sendromu adlanır. Sybil Dr. Wilbur -a tanış olana qədər çox çətinliklər çəkmişdi və vəziyyəti getdikcə çətinləşirdi. Dr. Wilbur-un Sybil-i tanıması və müalicə etməsi üçün 10 ildən artıq vaxt lazım olur. Sybil-in bu vəziyyəti gəlməsində isə anasının uşaq vaxtı ona qarşı göstərdiyi ağıl almaz işgəncələrdir.
Kitab Flora Rheta Schreiber adlı jurnalist tərəfindən qələmə alınmışdır və 1976 - cı ildə rejissor Daniel Petrie tərəfindən ekranlaşdırılaraq TV-movie şəklində işıq üzü görür. Film psixoloji-bio-dram janrındadır. 2007-ci ildə yenidən çəkilsədə. Düşünürəm ki, ən üstün versiyası 1976-cı ildə çəkiləndir. Fight Club (1999) , Psycho (1960) və bir neçə filmlərdəki mövzunun əslində boş olmadığını bu kino ilə anlaya bilirik. Belə ki, hər iki kinoda da kişilik pozğunluğu görünür. Fight Club filmində izləyicilər özlərini Tyler ilə onunla paralel gedən Norton-un eyni adam olduğunu öyrəndikdə filmi başa düşdüklərini sanmışlardı. Amma əslində həmin film başdan-sona qədər kapitalizmi tənqid etmişdi və buna sadəcə film haqqında anlayışı olan insanlar anlaya bilmişdir. Sybil filmindəki roluna görə Sally Field heyran olmamaq əldə deyil.
Lakin yuxarıda qeyd etdiyim kimi bəzi fərziyyələrə görə psixoloq həkim Dr. Wilbur -un xəstə Sybil-i hypnosis (hipnoza) edərək onu bir neçə xarakterə sahib olduğuna inandırmışdır. Bunun səbəbini isə həkimin psychoanalysis -ı kəşf edərək özünü məşhurlaşdırmağı kimi göstərilir.
Psixoloq Robert Rieber isə "Sybil hadisəsini" gəlmiş keçmiş ən böyük psixoloji skandal adlandırmışdır. İsbat kimi isə ofisində olan səs yazmaları göstərmişdir. Rieber-ə görə bu hadisəni jurnalist ilə psixoloq planlamışdır. "Sybil həqiqətən-də xəstə idi, lakin onun xarakter pozğunluğu yox idi. Bunlar sadəcə həkim və jurnalistin uydurmasıdır.". Lakin bu fərziyyə 1998-ci ildə işıq üzü gördü. Bu vaxtı isə hadisənin qəhrəmanları vəfat etdiyi üçün bu suallar heç bir zaman cavabını tapmadı.
Bundan başqa bütün ətraflı məlumatı Dr. Spiegel -in araşdırmasında tapa bilərsiz.
http://www.astraeasweb.net/plural/spiegel.html
Kitab 1973-cü ildə nəşr olundu və qısa zamanda bestseller olaraq satışı qutardı. Kitaba o qədər tələb var idi ki, 3 il sonra kinosu çəkildi. 1980-ci idlə bu xəstəlik 200 nəfərdə aşkar edilsədə 1995-ci idlə 40 minə çatdı. Xəstəli müalicə edən ən məşhur psixoloq isə Diane Humenansky idi. Lakin ,o, xəstələrinə həddindən artıq dərman qəbul etdirirdi. Qorxu, yuxusuzluq və bir çox problemi dərmanlar ilə yola verən D.Humenasky düşünürdü ki, "insan nə qədər çox dərman qəbul etsə keçmişi bir o qədər tez unudar. Bu isə keçmişlə bağlı problem idi. ". Xəstələrdən biri olan Elizabeth Carlson hipnoz edilmişdi və keçmişi xatırlayaraq özünü satanizm təriqətinin üzvü adlandırmışdı. Onun söylədiklərinə görə yeni doğmuş uşaqları diri-diri yeyirdilər. Təsadüf hadisə nəticəsində qızının dərmanlardan təsirləndiyini görən Carslon həkim Humenasky-ni məhkəməyə vermiş və 2.5 milyon təzminat almışdır. - DirectorMarkus ImbodenStarsKatja RiemannStefan KurtMaximilian SimonischekA Swiss-German rural peasant family takes Max, a crude 15-year-old boy, into a foster situation of constant bullying. Soon, a foster girl is added to the mix.1789-cu il İsveçrə də 14 yaşından balaca uşaqların zavod və fabrikdə işləmələrinə qadağan qoyuldu. Amma bu uşaq təcavüzünün başlamağına səbəb oldu və 18-ci əsrin sonlarından etibarən eynilə 1960-cı ildə İsveçrə uşaq əməyinə təcavüzdə ön plana gəldi . Ailələrin boşanması zamanı uşaqların ortada qalması, yetimlər, günah işləyən uşaqlar toplanaraq kilisə və dövlət tərəfindən başqa ailələrin yanına yerləşdirilirdi və işləmək məcburiyyətdə buraxılırdı. Lakin bu qanun da 1974-cü ildən etibarən qüvvəsini itirdi və uşaqlar rahiblər tərəfindən toplanır və satışa çıxarılırdı bəzən isə kirayə verilirdi. Bunun üçün xüsusi uşaq bazarları qurulurdu. Hətta həmin bazarda 4 yaşlı uşaqlar belə işlədilmək məqsədi ilə kiralanırdı. Bundan sonra heç kəs həmin uşaqların problemini, nələr çəkdiyini diqqətə almazdı. İşgəncə gördüklərini görə-görə səslərini çıxarmazdılar və görməzdən gələrdilər. Çünki cəmiyyətin gözündə günah işləyənlər, yetimlər, ailəsi tərəfindən ortada buraxılanlar "pis" gözlə baxılırdı. Bu minvalla uşaqlar heyvanların yanında yatılırdı, ac buraxılırdı, əyninə geyindikləri belə torbadan hazırlanmış geyimlər idi. İsveçrə kimi bir ölkə də bu hadisələr gizlədilmişdi, ört basdır olunmuşdu.
və Nəhayət , həmin hadisədən sonra həyatda qala bilənlər bunun arxasında getdi və bunu günümüzdəki dövrdə ictimailəşdirdi. Bu insanların yarğılanması üçün addımlar atıldı. Əsasən də 1998-ci ildə tarixçilər həmin hadisələri araşdırmağa başladı və həmin dövrün insanlarını taparaq onlarla danışmağa çalışdılar. 2009-cu ildə "Verdingkinder Reden" adlı sərgi təşkil olundu. Və İlk dəfə bu hadisələr haqqında danışıldı . Hələ də tarixin bu qaranlıq hadisələrindən birini araşdırmağa çalışırlar. Həmin dövrdəki işgəncələr haqqında insanlıq ruhunu itirməyənlərdə var idi. Ən məşhuru, işgəncə olunaraq öldürülən uşağın halına acıyan rus həkimin yazdıqları idi. Lakin cəmiyyət tərəfindən kənara itildi və mesajı diqqətə alınmadı.
Albert Anker-in (isveçrəli rəssam) çəkmiş olduğu rəsmlərin çoxunda lüt uşaq ayaqları görə bilərik. Bu həmin hadisələri simvol edir.
"Der Verdingbub" (2011) adlı bu film bu hadisələr haqqında danışan ilk və tək filmdir. Qətiyyətlə demək olar ki, "An American Crime" (2007) filminin isveçrə versiyasıdır. Bir kənarda durmuş amma heç danışılmamış bir filmdi. İnsanlara bir daha "insan" olduqları üçün utandırmağı bacaran filmdi. Filmin əksik yerləri var. Amma bu hadisə realdı və buna film kimi yanaşmaq qətiyyətlə düzgün deyil. Bir insan hətta bir uşağın həyatı bu qədər mi dəyərsizdir..!? Birinin qanaması olar, heçnə edilməz, işgəncə görə-görə ölər və rahib gəlib sualsız-sorğusuz qızı götürüb aparar morga...
2009-cu ildə sərgini izləməyə gələn həmin insanların yazdıqları kim ki, həmin işgəncələrə məruz qalmışdılar...
Hanke " Mən Verdingkinder-də idim..Təəssüf ki, ora gəlməkdə çox gec qaldınız..."
Thomas : " Bunlar bizim zəngin və azad ölkəmizdə mi baş verib...?! I'm so sorry. " (İronik şəkildə demişdir)
Zwahlen : " 67 yaşıma gəlib çıxmışam və hələ indi anlayıram nə üçün həyat yoldaşım gənclik vaxtlarından heç vaxt danışmaq istəmədiyini..."
Charles Probst : " 79 yaşındayam. Anamın "lüt ayaqlı uşağ" olaraq yanında işlədiyi rahib tərəfindən təcavüzə uğraması nəticəsində dünyaya gəlmişəm. Başqa baxıcı ailəyə verildim. Anamın taleyi mənim də gələcəyim oldu. İllərcə saat gecə 4-ə qədər ot biçdim, ambar da yaşadım, illərcə dişlərimi fırçalaya bilmədim, alt paltarı olmadan, xəstə olduğumda həkimə aparılmadan böyüdüm. Cinsəl istismara məruz qaldım. Səhərləri verilən quru çörəyi soyuq suya batıraraq yemək məcburiyyətində qaldım. Artıq uzun illər sonra gizlətdiyim bu gərçəkləri sizlərə açıqlayıram." - DirectorAlan ParkerStarsBob GeldofChristine HargreavesJames LaurensonA confined but troubled rock star descends into madness in the midst of his physical and social isolation from everyone."Orada bir yerdə bir Tanrı varsa, o da Pink Floyddur ..."
Pink Floyd 1978-ci il ildəki ilk performansından sonra demək olar ki, hər kəs bu qrup haqqında danışmağa başladı. Beatles və Stones -un albomlarının satılma rekordları qırdığı, hər kəsin bu qruplar haqqında danışdığı dönəmdə Pink Floyd-un "The Wall" albomunun bu qədər çox satması insanları təəccübləndirmişdi.
80-ci illərdə "Midnight in Express" filmi türklərin tənqidi alan amma şöhrət qazanmış Alan Parker Pink Floyd-un bu albomu haqqında film çəkmək qərarına gəlir və film 1982-ci ildə çəkilir. Film Alan Parker-in ən uğurlu 3 filmindən biri kimi göstərilir. Film Fink Floyd-un albomları daxil edilməkdə Roger Waters-in həyatı haqqında danışılır. "The Thin Ice" və "Another Brick In The Wall" mahnıları Pink-in atasını II Dünya Müharibəsində atasını itirməsindən danışır və beləliklə ilk divarlar yaranır. "Another Brick in the Wall, Part II " mahnısı isə Pink-in məktəb vaxtlar ədəbiyyata olan marağının müəllimi tərəfindən qırılmasından, alçaldalmasından danışılır. Növbəti divar isə bu mərhələ də qoyulur. Getdikcə divarlar böyüyür və Pink-in daxili çatışmasını və çəkdiyi əziyyətləri hiss edə bilirik. " Young Lust" mahnısının çalındığı yerdə rock ulduzu halına gələn Pink-in "Hey You, Is There Anybody Out There?" və "Nobody Home " mahnıları ilə isə artıq Pink-in çəkdiyi ağrıları hiss etmək olur. Artıq depressiv hala gələn Pink konsertlərə gedə bilmir. "Comfortably Numb", "The Show Must Go On" mahnıları ilə konsertlərə dəvam edə bilməsi üçün verilən narkotikdən danışılır..Pink artıq vəziyyəti qəbullənmişdir. Divarların arxasında olmaqdan xoşbəxt hala gəlmişdir. "Stop" Pink-in tükəndiyi nöqtədir. Bundan sonra özü ilə hesablaşma səhnəsi gələr və bu səhnə "The Trial"-dır. Pink özü ilə hesablaşdıqdan sonra bütün divarlar dağılar və albom bütün qaranlıqlara baxmayaraq aydınlıq ilə sonlanar.
Bəzi səhnələri ilə mütləq izlənməsi lazım olan filmlərdən biri kimi düşünürəm. Aramızda qurduğumuz divarlar və bu divarları qurmaq üçün bir-birimizi öldürməyimiz, incitməyimiz...Divarları məhv etmək lazımdır, buna görə müharibə lazım deyil, buna görə insanları öldürmək lazım deyil. Bir-birimizi anlayaq, demirəm "humanist olaq.." - DirectorStanley KubrickStarsKirk DouglasRalph MeekerAdolphe MenjouAfter a failed attack on a German position, a general orders three soldiers, chosen at random, court-martialed for cowardice and their commanding officer must defend them."Bu alman həşəratını görürsüz ? Sabah mən öləcəm amma o, yaşayacaq. Mənim arvadıma və uşağıma məndən daha yaxın olacaq..."
Paths of Glory Stanley Kubrick-in mənə görə şah əsəridir. Film Almaniya və Amerikadakı premyerasında hasilat rekordları qırdıqdand sonra Fransanın təkidləri ilə bir çox ölkə də qadağan olunmuşdur. Hasilat rekordlarından sonra yığışdırılmış film insanların "United Artists" şirkətinə təzyiq göstərməsi səbəbi ilə yenidən satışa buraxılmışdır. İspan diktatoru Francisco Franco filmi qadağa etmişdir və yalnız ispaniya da 1985-ci ildə göstərimə girmişdir. 1957-ci ildə premyera görən film Fransa da ilk kəz 1975-ci ildə göstərimə girmişdir. Bir çox ölkənin gətirmiş olduğu censured səbəbi ilə film heç bir mükafat qazana bilməmişdir. Film 1992-ci ildə Amerika tərəfindən "The National Film Archive" daxil edilmiş və burada qorunmaqdadır.
" I.Dünya müharibəsi ərzində milyonlarca insan öldü və ya zehni və fiziki cəhətdən şikəst qaldı, azadlıq və şərəf mübarizəsi üçün deyil, bir ovuc insanın qələbə və şövkət zövqünü təmin etmək üçün..." (c) Michel Chion
Humphrey Cobb -un eyni adlı romanı əsasında çəkilmiş film. Fransız-Alman əsgərlərinin Anthill uğrunda mübarizə haqqında danışılır. Kubrick-in digər filmlərində olduğu kimi bu film də müharibənin çirkinliyini, əmv verən insanların gördüyü çirkli işləri gözlər önünə gətirir. Ədalət, vicdan anlayışının əslində bir dönəmə aid olmadığını və bu gün ki, gündə də bunları görməyin necə də ağır olduğunu deməliyəm. İnsanoğlu həqiqətən də gördüyümüz ən vəhşi canlıdır. Tarixdə bu qədər müharibə gördülər və texnologiya inkişaf etdikcə insanları maarifləndirmək məqsədi ilə bir çox film çəkdilər. Amma hələ də insanlar öz egolarını təmin etmək üçün dünyanın hər yerində müharibələr edir günahsız insanları öldürürlər. Müharibə psixopat generalların, böyüklərin işidir və onları heç kəs dayandıra bilməz..Kirk Douglasın məhkəmə salonunda dediyi kimi : "Zaman-zaman insan olduğum üçün utanmışam. Buda həmin günlərdən biridir..."
(SPOİLER )
Son səhnə həqiqətən də çox dərin idi. Hər şeyi bilməsinə baxmayaraq yenə də günahsız əsgərlərin öldürülməsi iç burxuducu idi. Hətta şüuru yerində olmayan yaralı əsgəri belə gözlərini yumaraq öldürmələri can alıcı nöqtə idi. Digər critic nöqtə isə əsgərlərin ədalətsiz rejimə qurban getməsi üçün seçilməsi idi. (SPOİLER)
Seçilən 3 kişidən birinin dediyi sözə bəlkə də çox diqqət etməmisiniz...Demişdi ki, "cəmiyyət məni istəmir, ona görə general məni seçdi..." Həqiqətən də çox təsir edici nöqtə idi. Cəmiyyət sürü halında yaşamağı sevir. Əgər sürüyə qarşı çıxsan ya öldürülürsən , ya qovulursan. Bunu qərarlaşdırmaq isə Tanrının yargılamasına inanıb amma bunu Tanrıya buraxmayan insanlara qalmış bir şeydir...Millətçilik , vətənpərvərlik bunların hamısı əslində insan egosunu təmin etmək üçün işlədilən bir yalandır. Bir xainin son sığınacağı vətənpərvərlikdir. Əgər bir insan qərarlara qarşı çıxıb , insanlara doğru yolu göstərsə belə onun millətinin heç bir önəmi yoxdur. O , artıq ölməlidir.
Son səhnədə mahnı söyləyən alman qızı daha S.Kubrick ilə evlənir və Christiane Kubrick adını alır.
100/100
Son səhnədəki alman dilində mahnının tərcüməsi :
A faithful soldier, without fear,
He loved his girl for one whole year,
For one whole year and longer yet,
His love for her, he'd ne'er forget.
This youth to foreign land did roam,
While his true love, fell ill at home.
Sick unto death, she no one heard.
Three days and nights she spoke no word.
And when the youth received the news,
That his dear love, her life may lose,
He left his place and all he had,
To see his love, went this young lad...
He took her in his arms to hold,
She was not warm, forever cold.
Oh quick, oh quick, bring light to me,
Else my love dies, no one will see...
Pallbearers we need two times three,
Six farmhands they are so heavy.
It must be six of soldiers brave,
To carry my love to her grave.
A long black coat, I must now wear.
A sorrow great, is what I bear.
A sorrow great and so much more,
My grief it will end nevermore.